"Göyçək Fatimə"nin illər ərzində dəyişimi GÜNDƏM OLDU - FOTOlar

14 Mart 2026 14:37

Azərbaycanın tanınmış rəqqasələrindən olan Fatimə Fətəliyevanın illər ərzində keçirdiyi dəyişiklik sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az xəbər verir ki, "Göyçək Fatimə" ləqəbi ilə tanınan sənətçinin müxtəlif illərdə çəkilən görüntüləri istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə paylaşılan fotolarda rəqqasənin həm gənclik illərinə, həm də son dövrlərə aid görüntüləri yer alıb. İzləyicilər onun illər ərzindəki imic dəyişikliyini və görünüşündəki fərqləri müqayisə ediblər.

Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.

Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyeva uzun illərdir şou-biznesin tanınan simalarından biri kimi müxtəlif televiziya layihələri və səhnə çıxışları ilə diqqət mərkəzində qalmağı bacarır.

Musa
Milli.Az