“Heç vaxt belə uduzmamışam, faciədir”

10 Mart 2026 22:45

"Həyatımda heç vaxt belə uduzmamışam. Uduzmaq olar, amma xarakter göstərmək lazımdır".

Milli.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 23-cü turunda "Sabah"a 0:7 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Təcrübəli mütəxəssis komandasının darmadağınla üzləşməsini belə şərh edib:

"Futbolçuların bəzilərində bunu görmədim. Bu faciədir".

Milli.Az