İcra Hakimiyyətinin vəzifəli şəxsi vəfat etdi - FOTO

10 Mart 2026 21:40

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsinin rəisi Rasim Mustafayev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə nocomment.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib, amma həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.

Milli.Az