Xaçmazda 8-ci sinif şagirdi uzun sürən xəstəlikdən sonra vəfat edib.
Milli.Az xəbər verir ki, Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin 8Ç sinif şagirdi Zəkiyeva Fatimə Qoşqar qızı ailəsinin apardığı çoxsaylı müalicə tədbirlərinə baxmayaraq martın 8-də aplastik anemiya xəstəliyindən Türkiyədə vəfat edib.
Məktəb kollektivi qeyd edib ki, Fatimə mehribanlığı, səmimiyyəti və gülərüz davranışı ilə müəllim və şagirdlərin rəğbətini qazanmışdı. O, hər zaman pozitiv xarakteri ilə yadda qalan şagirdlərdən biri olub.
Mərhumun cənazəsi bu gün Xudata gətirilərək dəfn olunacaq.
Fidan
Milli.Az