Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dövran Maratoviç Kenjaxunov Qarabağ FK-da şəxsi təcrübə proqramında iştirak edir.
Milli.Az xəbər verir ki, məlumata görə, o, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanovun yanında təcrübə keçir. Proqram çərçivəsində baş məşqçi aşağıdakı fəaliyyətlərdə iştirak edir:
Əsas komandanın məşqləri, nəzəri dərslər, matç təhlilləri, məşqçi heyəti ilə iş, oyunçuların fiziki hazırlığı və məşqləri, tibbi dəstək və oyunçuların bərpası
Bir ay müddətinə planlaşdırılan təcrübə proqramı Avropa futbolunun yüksək səviyyəsində yarışan klubların təşkilatçılığını və iş prinsiplərini öyrənmək üçün geniş imkan yaradır.
Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanova açıq və peşəkar əməkdaşlığa görə təşəkkürünü bildirib.
Fidan
Milli.Az