Dubay səmasında dron SAVAŞI: BƏƏ İran PUA-larının məhv edilmə VİDEOsunu yaydı

10 Mart 2026 11:11

Yaxın Şərqdə İran-İsrail-ABŞ qarşıdurması fonunda gərginlik yalnız quruda deyil, havada da davam edir.

Milli.Az xəbər verir ki, münaqişə fonunda İranın bölgədəki bəzi ölkələrə doğru göndərdiyi pilotsuz uçuş aparatları (PUA) səmada zərərsizləşdirilir.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi Dubay və digər şəhərlərin üzərində İran dronlarının məhv edildiyini əks etdirən videogörüntülər yayıb. Həmin kadrlarda hava hücumundan müdafiə sistemlərinin hədəfə alınan pilotsuz aparatları səmada vuraraq məhv etdiyi görünür. 

Rəsmi məlumatlara görə, son hücum dalğası zamanı ölkəyə doğru yönələn onlarla pilotsuz aparat və ballistik raket aşkar edilib. Onların böyük əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə çatmadan zərərsizləşdirilib.

Buna baxmayaraq, bəzi hücumların nəticəsində xəsarət alanlar və maddi ziyan olduğu da qeyd edilir. Cavab olaraq isə Körfəz ölkələri hava məkanında müdafiə tədbirlərini gücləndirib və strateji obyektlərin mühafizəsini artırıb.

Hüseyn
Milli.Az