İran səfiri Türkiyə XİN-ə çağırıldı

9 Mart 2026 22:20

İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfirə İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan ballistik raketlə bağlı rəsmi Ankaranın etirazı çatdırılıb və İrandan izahat tələb olunub.

Milli.Az