Azərbaycanın tanınmış karate ustası, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu olan Rafael Ağayev sosial şəbəkələrdə yayılan görüntü ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, yayılan kadrlarda karatenin "Qara Brilyantı" kimi tanınan məşhur idmançının məscidlərin birində ibadət etdiyi anlar əks olunub. Onun ibadətini yerinə yetirməsi sosial mediada maraqla qarşılanıb.
Görüntülər qısa müddətdə geniş yayılıb və izləyicilər tanınmış idmançıya çoxsaylı şərhlər yazılıb. Bir çox istifadəçi onun yalnız idmanda deyil, şəxsi həyatında da nümunəvi davranışı ilə seçildiyini qeyd edib.
Şərhlərdə Rafael Ağayevin mənəvi dəyərlərə bağlılığı xüsusi vurğulanıb. İzləyicilər məşhur idmançının bu davranışını təqdir edərək onun gənclər üçün yaxşı örnək olduğunu bildiriblər.
Qeyd edək ki, Rafael Ağayev Azərbaycan karate tarixinin ən uğurlu idmançılarından biri hesab olunur və uzun illərdir beynəlxalq arenada ölkəni uğurla təmsil edib.
Hüseyn
Milli.Az