Gəncədə ağır qəzada xəsarət alanların sayı 7-yə çatıb - YENİLƏNİB

9 Mart 2026 22:33

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 7 nəfərə çatıb.

Milli.Az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 1975-ci il təvəllüdlü A.Musazadə, 2009-cu il təvəllüdlü N.Musazadə, 2006-cı il təvəllüdlü A.Rəhimov, 2011-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V.Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

----------

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Unikal.az-a, qəza şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai "ilə "VAZ 21010" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az