Antalya sahillərində qayıq batdı - Ölənlər var

9 Mart 2026 14:12

Türkiyənin Antalya bölgəsinin Finike rayonu akvatoriyasında sənədsiz miqrantları daşıyan qayığın batması nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Məlumata görə, ərazidə xilasetmə işləri davam edir.

Qayığın batmasının səbəbləri hələlik bəlli deyil.

Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir.

Milli.Az