Məşhur türkiyəli baş məşqçi hava limanında ÖLDÜ

9 Mart 2026 14:00

Livan Premyer Liqasında çıxış edən "Nejmeh" klubunun baş məşqçisi Engin Fırat qəfil vəfat edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis dünən Livandan vətəninə dönərkən İstanbul Hava Limanında ürək çatışmazlığından dünyasını dəyişib.

Engin Fıratın məşqçilik karyerası 2002-ci ildə Fənərbağça klubunda məşhur məşqçi Verner Lorantın köməkçisi kimi başlayıb. Daha sonra o, Almaniyada LR Ahlen və Cənubi Koreyada Incheon United, Türkiyədə isə Sivasspor kimi klublarda müxtəlif vəzifələrdə çalışıb.

İran futbolunda da öz izini qoyan Fırat, Saipa FC və Sepahan komandalarını çalışdırıb, milli komandada əfsanəvi futbolçu Əli Daei ilə əməkdaşlıq edib. 2019-cu ildə Moldova milli komandası, 2021-2024-cü illərdə isə Keniya milli komandası ilə 21 oyunda rəhbərlik edib.

Son olaraq, 8 fevral 2026-cı ildə Livanın aparıcı klublarından olan Nejmeh SC ilə müqavilə bağlayan məşqçi, həmçinin 2023 və 2025-ci illərdə adı Azərbaycan milli komandası ilə hallanmışdı.

Hüseyn
Milli.Az