Gömrükdə saxta spirtli içkilər və tütün məhsulları aşkarlandı

9 Mart 2026 13:23

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Milli.Az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda dörd fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az