Qarın hündürlüyü 41 sm-ə çatıb - FAKTİKİ HAVA

9 Mart 2026 12:02

Martın 9-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahbuzda 41, Zaqatalada (Əlibəy) 28, Daşkəsən, Qrızda (Quba) 20, Kəlbəcər, Xınalıqda 17, Qaxda (Sarıbaş) 16, Lerikdə 15, Laçın, Qubadlı, Qusarda (Laza) 14, Şəki (Kişçay), Xızıda 11, Şahdağda 8, Şuşa, Gədəbəy, Oğuzda 7, Yardımlı, Xaltan, Şabranda 6, İsmayıllıda 5, Qəbələdə 4, Göygöldə 3, Xankəndi, Xocalı, Füzuli, Qobustanda 2 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 25, Lənkəranda 23, Ağsuda 10, Sabirabadda 9, Balakəndə 8, Göyçay, Zərdabda 6, Cəlilabad, Beyləqan, Kürdəmirdə 5, Mingəçevir, İmişli, Biləsuvar, Ağdamda 4, Tərtər, Bərdə, Yevlaxda 3, Bakı və Abşeron yarımadasında, eləcə də Şamaxı, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Naftalan, Gəncə, Xaçmaz, Goranboy, Neftçalada 1 mm-dir.

Naftalan, Balakən, Qax (Sarıbaş), Şəki, Şamaxı, Qrızda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Milli.Az