Bakıda dərmandan zəhərlənən kişi infarktdan öldü

9 Mart 2026 11:50

Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib.

Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az