Rihannanın evi ATƏŞƏ TUTULDU - FOTO

9 Mart 2026 11:35

Dünya ulduzu müğənni Rihannanın ABŞ-də yerləşən evi ilə bağlı xoşagəlməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, xarici mediada yayılan məlumatlara görə, hadisə Beverly Hills məhəlləsində yerləşən malikanədə qeydə alınıb. Hüquq-mühafizə orqanlarına istinadən bildirilir ki, naməlum şəxs müğənninin evinə doğru atəş açıb.

İlkin araşdırmalar zamanı Los Angeles polisi hadisə ilə bağlı 30 yaşlı qadını şübhəli şəxs qismində saxlayıb. İstintaqın məlumatına görə, həmin qadın avtomobildə olarkən müğənninin malikanəsinə doğru atəş açıb və binaya doğru təxminən on güllə atılıb.

Məlumatlarda qeyd olunur ki, insident baş verən vaxt Rihanna evdə olub. Xoşbəxtlikdən atışma nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hüseyn
Milli.Az