İngiltərədə keçirilən futbol qarşılaşması faciə ilə nəticələnib.
Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, hadisə qadın komandaları arasında təşkil olunan oyunda "Oxford Yunayted" və "Fulham" kollektivləri arasında keçirilən matç zamanı baş verib.
Bildirilib ki, "Oksford Yunayted"in 15 yaşlı futbolçusu Ameliya Aplin oyun zamanı qəfil özünü pis hiss edərək meydanda huşunu itirib. Hadisədən dərhal sonra ona tibbi müdaxilə göstərilsə də, həkimlər gənc idmançının həyatını xilas edə bilməyiblər.
Klubun mətbuat xidməti yaydığı açıqlamada baş verən hadisənin bütün komanda üçün böyük sarsıntı olduğunu bildirib. Qeyd olunub ki, klub rəhbərliyi bu ağır günlərdə Ameliyanın ailəsinə, həmçinin komanda yoldaşlarına və məşqçi heyətinə psixoloji və digər lazımi dəstəyi göstərəcək.
Gənc futbolçunun vəfatı idman ictimaiyyətində dərin kədər doğurub.
Hüseyn
Milli.Az