Gəncə şəhəri, Abbas Səhhət küçəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan kafenin demək olar ki, bütün yanar konstruksiyaları yanıb.
Milli.Az xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürən maşın və 15-ə yaxın canlı qüvvə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülsə də, obyekt əşyaları ilə birlikdə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Milli.Az