Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana yola düşüb - VİDEO - YENİLƏNİB

9 Mart 2026 10:55

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.

Milli.Az xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndərilib.

Qatar Böyük Kəsik stansiyasından Gürcüstana keçərək oradan da Ermənistana yol alacaq.

Milli.Az 

_____________

Saat - 09:45

Bu gün Azərbaycan ərazisindən keçməklə Rusiya taxılını Ermənistana daşıyan yeddi vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Milli.Az xəbər verir ki, qonşu ölkəyə ümumilikdə 488 ton taxıl göndəriləcək.

Qatar Gürcüstandan keçərək Ermənistana yol alacaq.

Xatırladaq ki, fevralın 4-də ölkəmizdən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan səkkiz vaqondan ibarət yük qatarı yola salınıb.

Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 21 min tondan çox (302 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib./Oxu.az

Milli.Az