Günəş panellərinə ehtiyac qalmadı: Həm gecə, həm də yağışda elektrik istehsal edir

9 Mart 2026 07:07

Günəş enerjisi sahəsində illərdir davam edən "gece elektrik istehsal olunmur" və ya "buludlu havada səmərəlilik düşür" problemləri artıq tarixə qovuşur. Yeni nəsil panellər sayəsində artıq günəşin olmadığı saatlarda belə fasiləsiz enerji əldə etmək mümkün olacaq.

Milli.Az xəbər verir ki, bu inqilabi texnologiya həm yağış damcılarının kinetik enerjisindən, həm də gecə vaxtı yaranan infraqırmızı radiasiyadan istifadə edərək elektrik enerjisi yaradır.

Yeni panellər "Triboelektrik Nanogenerator" (TENG) adlı xüsusi təbəqə ilə təchiz olunub.

Yağış damcıları panelin səthinə dəydikdə yaranan sürtünmə və təzyiq elektrik enerjisinə çevrilir.

Bu sistem sayəsində buludlu və yağışlı havalar enerji itkisi deyil, əksinə, yeni bir enerji mənbəyi halına gəlir.

Gecə saatlarında enerji istehsalı üçün "Termoradiativ Hüceyrə" texnologiyasından istifadə edilir.

Gün ərzində qızan yer səthi gecə vaxtı kosmosa doğru infraqırmızı şüalanma (istilik) yayır.

Bu xüsusi hüceyrələr Yerlə kosmos arasındakı temperatur fərqindən istifadə edərək gecənin qaranlığında belə elektrik istehsal etməyi bacarır.

Xəbərdə vurğulanır ki, bu yeni nəsil hibrid sistemlər 24 saat fasiləsiz enerji vəd edir:

Enerji saxlama (batareya) ehtiyacını minimuma endirir.

Eyni sahədə həm günəşli, həm də yağışlı havada maksimum məhsuldarlıq təmin edilir.

Panellər həm də sərt hava şəraitinə daha davamlı materiallardan hazırlanır.

Lalə Qüdrətova
Milli.Az