Şəmkirdə "Nissan" markalı avtomobilin aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Milli.Az-ın məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücü, 1984-cü il təvəllüdlü Ü.Zeynalova, 2005-ci il təvəllüdlü R.Nağıyeva, 1991-ci il təvəllüdlü R.Zeynalov 1984-cü il təvəllüdlü T.Zeynalov və 2011-ci il təvəllüdlü R.Zeynalov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
-----------
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, "Nissan" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az