29 yaşlı qadın dəm qazından öldü

8 Mart 2026 19:49

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az