İdman gimnastikası üzrə FIG Dünya Kubokunda üçüncü yarış günü başa çatıb - FOTO

7 Mart 2026 18:05

İdman gimnastikası üzrə FIG Dünya Kubokunda üçüncü yarış günü - ilk final günü başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilk final günündə gimnastlarımız Nikita Simonov və Dəniz Əliyeva mübarizə aparıblar.

Təəssüf ki, onlar ilk üçlükdə yer ala bilməyiblər.Nikita Simonov halqalar proqramında 4-cü, Dəniz Əliyeva isə dayaqlı tullanmada 6-cı pillədə qərarlaşıb.

Sabah isə yarışın sonuncu - ikinci final günü keçiriləcək. Həmin gündə gimnastımız Aydın Əlizadə mübarizə aparacaq.

Qeyd edək ki, 5 mart tarixində start götürən yarış 8 mart tarixində yekunlaşacaq.

Milli.Az