Salyan bazarında lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, kadrlarda satıcı qadının almanı ağız suyu ilə təmizlədiyi əks olunur.
Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb.
"Göyərti satıram. Nəvələrim üçün iki kiloqram alma almışdım. Sildim və evimə aparmaq üçün yığdım. Satış üçün deyildi, öz evim üçün almışdım", - deyə o, qeyd edib.
Digər satıcılar da həmkarlarını müdafiə ediblər. (baku.tv)
------------
Salyan rayon bazarında çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan videoda bazarda meyvə satan şəxsin almanı daha parlaq göstərmək məqsədilə ona tüpürərək sildiyi görünür. Kadrlarda satıcının almanı tüpürcək vasitəsilə təmizlədikdən sonra yenidən satış üçün piştaxtaya qoyduğu əks olunur.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın həm gigiyena qaydalarına zidd olduğunu, həm də alıcıların sağlamlığı üçün risk yaratdığını qeyd edib.
Hadisənin hansı tarixdə çəkildiyi və satıcının kimliyi ilə bağlı hələlik məlumat verilməyib. /Musavat.com
Milli.Az