Hərbçinin meyiti kirayədə yaşadığı evdə AŞKARLANDI

8 Mart 2026 14:03

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində "Energetiklər" adlanan yaşayış massivində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.

İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.

Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.

Milli.Az