İranın yeni Ali Lideri bir neçə gün əvvəl həlak olmuş ölkənin mənəvi lideri Əli Xamenei ilə eyni soyadı daşıyacaq.
Milli.Az xəbər verir ki, bu barədə İranın yeni liderinin seçkilərində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib.
"Biz İranın yeni liderini seçdik. Xamenei soyadı yeni Ali Liderdə qalacaq", - şura üzvü "Al-Hadath" televiziyasına bildirib.
Qeyd edək ki, bu yaxınlara qədər bu vəzifəyə ən çox ehtimal olunan namizədin Xameneinin oğlu Müctəba olduğu düşünülürdü. Şənbə günü Müctəba Xameneinin bombardmanlarından birində yaralandığı haqda məlumat yayılmışdı.
---------
İran Ekspertlər Məclisi Ali Rəhbərin varisi ilə bağlı razılığa gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İran Ekspertlər Məclisinin yüksək vəzifəli üzvü bildirib.
Qeyd edilib ki, Ali Rəhbər Əli Xameneinin varisi ilə bağlı əksəriyyət razılığa gəlib, lakin seçimin rəsmi elan edilməsinə qədər hələ bəzi maneələr mövcuddur.
Məclisin üzvü Məhəmməd Mehdi Mirbağeri bildirib ki, ruhani orqan namizəd üzrə ümumi razılığa gəlsə də, proseslə bağlı bəzi maneələr həll edilməli olaraq qalır".
Ekspertlər Məclisində Xuzistan əyalətinin nümayəndəsi Möhsün Heydari Ələkasir isə mövcud təhlükəsizlik şəraitinin üzvlərin yeni lideri rəsmi olaraq seçmək üçün fiziki olaraq toplaşmasına imkan vermədiyini açıqlayıb.
Daxili mənbələrin məlumatına görə, məclis artıq Əli Xameneinin oğlu Müctəba Xameneini varis kimi seçib, lakin qərarın necə və nə vaxt açıqlanacağı ilə bağlı fikir ayrılığı davam edir.
Milli.Az