"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi BƏLLİ OLDU

8 Mart 2026 10:41

"Formula 1" üzrə mövsümün ilk yarışı olan Avstraliya Qran-prisinin qalibi bəlli olub.

Milli.Az xəbər verir ki, yarışda ən yaxşı nəticəni "Mercedes" komandasının pilotu Corc Rassell göstərib. O, bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.

Yarışın ikinci pilləsində yenə "Mercedes"in gənc pilotu Andrea Kimi Antonelli qərarlaşıb. Üçüncü yeri isə "Ferrari"nin sürücüsü Şarl Lekler tutub.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.

Tural
Milli.Az