SEPAH: "Pezeşkianın bəyanatlarına məhəl qoymayın"

8 Mart 2026 10:31

İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) İran Prezidenti Məsud Pezeşkianın ölkənin daha Fars körfəzi ölkələrinə hücum etməyəcəyi barədə bəyanatına cavab veriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hərbi qurumun açıqlamasında prezidentin belə bəyanat verməklə səhv etdiyi bildirilir.

SEPAH nümayəndələri vurğulayıblar ki, dövlət başçısının sözlərindən bir neçə saat sonra Dubay və Əbu-Dabi şəhərlərindəki hədəflər zərbə altına alınıb.

"Prezident Pezeşkian qonşu ölkələrə hücumların olmayacağını bəyan edərək səhv etdi və qüvvələrimiz bunu aydın şəkildə nümayiş etdirdi. Müharibə zamanı Pezeşkianın bəyanatlarına məhəl qoymayın", - SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl Pezeşkian bəyan etmişdi ki, İran qonşu dövlətlərə zərbələr endirməyə niyyətli deyil.

Milli.Az