“Qalatasaray” 10 nəfərlə derbidə qalib gəldi

8 Mart 2026 09:15

Türkiyə Superliqasında 25-ci turun ən diqqətçəkən oyunu İstanbul derbisi olub.

Milli.Az xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada "Beşiktaş" doğma meydanda əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.

Gərgin və mübarizəli keçən oyunda yeganə qol qonaq komandanın hesabına yazılıb. Matçın 39-cu dəqiqəsində Viktor Osimhen fərqlənərək komandasına qələbə qazandırıb. Beləliklə, görüş 10 nəfərlə qalan "Qalatasaray"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bu qələbədən sonra xalını 61-ə çatdıran "Qalatasaray" turnir cədvəlinin zirvəsində mövqeyini qoruyub. "Beşiktaş" isə 46 xalla dördüncü pillədə qərarlaşıb.

Hüseyn
Milli.Az