Abşeronda itkin düşən kişinin meyiti tapıldı

7 Mart 2026 20:15

Abşeronda itkin düşən kişinin meyiti tapılıb.

Milli.Az məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

İtkin düşdüyü bildirilən 47 yaşlı Xamis Süleymanovun meyiti yaşadığı evin yaxınlığındakı yarımtikilidə aşkarlanıb. Onun hansı səbəblə öldüyü bəlli deyil. (Lent.az)

Milli.Az