"Mənə göz vurub, yoldan çıxarır"

10 Mart 2026 12:30

Müğənni Afət Fərmanqızı etdiyi açıqlama ilə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi ad çəkmədən xanım həmkarlarından birinə atmaca ataraq maraqlı fikirlər səsləndirib.

Afət Fərmanqızı bildirib ki, o, heç vaxt Allahın yaratdığı insanın qüsuru ilə lağ etməz:

" Mən heç vaxt Allahın yaratdığı hansısa qüsuru olan birinə lağ etmərəm. Amma pullar töküb orasını-burasını dolduranlar bəzən qəzəbə gəlir, bir tərəfləri əyilir".

Müğənni daha sonra iddia edib ki, bəstəkar dostlarından biri ona maraqlı hadisə danışıb:

"Bir yaşlı qadın müğənni var. Bəstəkar dostum deyir ki, mənə mahnı yaz deyib, sonra da göz vurub. Sonra mənə zəng edib dedi ki, mənə göz vurub, məni yoldan çıxarmaq istəyir. Onun 36-37 yaşı var, o müğənninin isə 70. Dedim ki, igidi öldür, haqqını yemə. Düşmən ola bilərik, amma bu yaşda o niyyətlə etməz. Onun bir gözü öz-özünə elə edir. Mən də qorxudan hər kosmetoloqa getmirəm ki, iynəni səhv vurarlar, birdən elə olaram".

Afət Fərmanqızının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər müğənninin kimə eyham vurduğunu müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər.

Musa
Milli.Az