16 Çin vətəndaşı İrandan Azərbaycana keçdi

7 Mart 2026 14:34

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Milli.Az xəbər verir ki, "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə əcnəbilərin təxliyə prosesi mərhələli şəkildə həyata keçirilir. Bu gün səhər saatlarından etibarən daha 16 Çin vətəndaşı təxliyə olunaraq sərhəddən keçib və Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Milli.Az