İran müharibəni dayandırır? - ABŞ açıqladı

7 Mart 2026 11:49

ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində İran Hərbi Dəniz Qüvvələrinə aid 24 gəmi üç gün ərzində məhv edilib.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, İranın hərbi donanması artıq demək olar ki, sıradan çıxıb.

O əlavə edib ki, əməliyyatlar nəticəsində İranın hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemi və komanda-idarəetmə infrastrukturu ciddi zərər alıb. Eyni zamanda raketlərin təxminən 60%-i, raket buraxılış qurğularının isə 64%-i məhv edilib.

Tramp İranın Vaşinqtonla razılaşma qurmaq üçün əlaqə saxladığını, lakin ABŞ-ın hazırda danışıqlardan çox hərbi əməliyyatlara üstünlük verdiyini qeyd edib. O vurğulayıb ki, ABŞ gələcəkdə İranın rəhbərliyinin ölkəni ABŞ, İsrail və digər dövlətlər üçün təhlükə mənbəyinə çevirməsinə imkan verməyəcək.

Asya
Milli.Az