Müctəba Dərmiçiludan SEPAH-a məxsus "Telegram" kanallarında yazılanlara reaksiya

7 Mart 2026 01:51

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Baku TV-yə müsahibəsi zamanı SEPAH-a məxsus "Telegram" kanallarında Naxçıvana dron hücumu zamanı yazılan şərhlərə aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, o, qeyd edib ki, bunlar əsas götürülməməlidir:

"Mən bilmirəm ki, siz hansı kanallardan danışırsınız. İnsanlar əllərinə telefon alıb istədiklərini yazırlar. Biz baxmalıyıq ki, rəsmi şəxslər nə deyirlər".

Milli.Az