“Chevrolet” yük maşını ilə toqquşdu - Xəsarət alan var - FOTO

6 Mart 2026 19:29

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı minik avtomobili "TIR" markalı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, xəsarət alan şəxs xanım sürücüdür.

Faktla bağlı arşadırma başlanılıb.

Milli.Az