Qızının toyunda atanın sözləri AĞLATDI - VİDEO

8 Mart 2026 15:48

Türkiyədə toy mərasimində baş verən kövrək an sosial şəbəkələrdə geniş yayılaraq izləyiciləri duyğulandırıb.

Milli.Az xəbər verir ki, illər əvvəl 3 yaşlı oğlu Osmanı itirən ata qızının toyunda kürəkəninə ürək sözlərini söyləyib. O, çıxışı zamanı yaşadığı böyük acını xatırladaraq qızının həyatındakı yerindən danışıb.

Ata bildirib ki, oğlunu itirdikdən sonra dünyaya gələn qızı onun üçün xüsusi məna daşıyır. O, kürəkəninə müraciət edərək qızı haqqında belə deyib: "Bu, mənim yaramın qabığıdır".

Atanın bu sözləri və duyğusal çıxışı toyda iştirak edənləri kövrəldib. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılaraq çoxsaylı istifadəçilərin emosional reaksiyasına səbəb olub.

Musa
Milli.Az