Xameneiyə sui-qəsd planı bu tarixdən HAZIRLANIBMIŞ

6 Mart 2026 15:00

İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin məhv edilməsi hədəfini 2025-ci ilin noyabrında qoymuşdu.

Milli.Az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.

"Noyabr ayında baş nazirlə məhdud çərçivədə görüşdük. Həmin görüşdə o, Xameneini məhv etmək hədəfini qoydu", - o bildirib.

İsrael Kats bundan əvvəl bəyan etmişdi ki, İrana qarşı hərbi əməliyyat 2026-cı ilin ortalarına planlaşdırılsa da, onu fevrala təxirə salmaq məcburiyyətində qalıblar.

Milli.Az