Yediyimiz qidalar və içdiyimiz içkilər yalnız fiziki sağlamlığa deyil, həm də beynin fəaliyyətinə və yaddaşa ciddi təsir göstərir.
Milli.Az xəbər verir ki, harvard mütəxəssisi Dr. Terri Şintani bildirib ki, bəzi vitamin və antioksidantlarla zəngin içkilər zehni performansı artırır, yaddaşı gücləndirir və beyin sağlamlığını qorumağa kömək edir.
Mütəxəssis xüsusilə bir neçə içkinin pəhrizə daxil edilməsini tövsiyə edir.
Yaşıl çay
Antioksidantlarla zəngin olan yaşıl çay tərkibindəki katexinlər sayəsində beyin hüceyrələrini oksidləşdirici stressdən qoruyur. L-teanin amin turşusu isə diqqəti artırmağa və rahatlamağa kömək edir. Araşdırmalar müntəzəm yaşıl çay içən insanlarda idrak funksiyalarının daha yaxşı olduğunu göstərir. Mütəxəssislər gündə şəkərsiz bir fincan içməyi tövsiyə edir.
Qəhvə
Kofein sayəsində diqqəti və oyanıqlığı artıran qəhvə həm də xlorogen turşusu vasitəsilə neyroprotektiv təsir göstərir. Tədqiqatlara görə, gündə 2-3 stəkan qəhvə insult və demensiya riskini təxminən 30 faiz azalda bilər. Bundan əlavə, Alzheimer xəstəliyi riskinin azalmasına da kömək edə bilər.
Çuğundur şirəsi
Təbii nitratlarla zəngin olan çuğundur şirəsi bədəndə azot oksidi səviyyəsini artıraraq beyinə qan axınını yaxşılaşdırır. Araşdırmalar göstərir ki, bu içki xüsusilə yaşlı insanlarda idrak funksiyasının yaxşılaşmasına kömək edə bilər. Lakin böyrək problemi olanlara əvvəlcə həkimlə məsləhətləşmək tövsiyə edilir.
Zərdəçal çayı
Tərkibində güclü antioksidant və iltihabəleyhinə maddə olan kurkumin var. Qara istiotla birlikdə qəbul edildikdə daha yaxşı mənimsənilir. Araşdırmalar göstərir ki, zerdeçal çayı yüngül idrak pozğunluğu olan insanlarda yaddaşı yaxşılaşdıra bilər.
Ələkçi çayı
Flavonoidlərlə zəngin olan bu bitki çayı beynin qoruyucu hüceyrələrini aktivləşdirə və zərərli beta-amiloid yığıntılarının azalmasına kömək edə bilər. Bu isə yaddaş itkisini yavaşlatmağa və idrak funksiyalarını qorumağa yardım edə bilər.
Mütəxəssislər bildirirlər ki, xroniki xəstəlikləri olan şəxslər qidalanmalarında ciddi dəyişiklik etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Milli.Az