Səudiyyə Ərəbistanı üç PUA ələ keçirib

6 Mart 2026 12:22

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri üç pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Milli.Az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, dronlar Ər-Riyad inzibati bölgəsinin şərq hissəsi üzərində hava məkanında aşkar edilərək zərərsizləşdirilib.

Milli.Az