Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın illər əvvəl ABŞ-də verdiyi konsertdən görüntülər sosial şəbəkələrdə yenidən yayılıb.
Milli.Az xəbər verir ki, paylaşılan videonun 2012-ci ildə Nyu-Yorkda keçirilən konsert zamanı lentə alındığı bildirilir. Kadrlarda sənətçinin səhnədəki çıxışı və tamaşaçılarla səmimi ünsiyyəti diqqət çəkir.
Videoda Zeynəb Xanlarovanın zalda olan tamaşaçılarla mehriban söhbət etməsi və ifası sosial mediada maraqla qarşılanıb. Qısa zamanda yayılan görüntülər izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Musa
Milli.Az