Kripto bazarında qiymətlər niyə düşür?

6 Mart 2026 11:11

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlərin qiymətində əsasən azalma qeydə alınıb.

Milli.Az xəbər verir ki,  "Bitcoin"in qiyməti son sutkada 2.98% azalıb və 70 612 ABŞ dolları səviyyəsində ticarət olunur.

Bazarın ikinci böyük kriptovalyutası olan "Ethereum" 2.92% ucuzlaşaraq 2 073 dollara düşüb.

BNB-nin qiyməti son 24 saatda 1.62% azalaraq 645 dollar təşkil edib.

Bazarın ümumi dinamika­sı investorların risk iştahının zəiflədiyini göstərir. Buna baxmayaraq, bəzi aktivlərdə həftəlik artımın davam etməsi bazarda hələ də selektiv tələbin qaldığını göstərir.

Milli.Az