Müğənni Kamil Sərməsov qəza nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, bu barədə mərhumun sənət yoldaşları məlumat veriblər.
Məlumata görə, ifaçı Bakı-Sumqayıt yolunda ağırtonnajlı yük maşınının minik avtomobilinə çırpılması nəticəsində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Kamil Sərməsov "Xalq ulduzu" və bir çox musiqi yarışmalarının iştirakçısı olub. Müğənni son dəfə 4 mart tarixində efirə çıxmışdı.
Fidan
Milli.Az