28 yaşlı monakolu "Ferrari" pilotu Şarl Lekler 41 yaşlı komanda yoldaşı, britaniyalı Lyuis Hemiltondan toy hədiyyəsi olaraq nə almaq istədiyini açıqlayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, =söhbət çempionluqdan gedir.
"Titul gözəl hədiyyə olardı, amma Lyuisin onu mənə vermək istəyəcəyinə əmin deyiləm", - GPblog Leklerdən sitat gətirir.
2026-cı il mövsümünün ilk mərhələsi olan Avstraliya Qran-prisi Melburn trasında keçiriləcək. 2026-cı il britaniyalı pilotun İtaliya komandasında ikinci, monakolu pilotun isə səkkizinci ili olacaq.
Milli.Az