Amerikalı pop ulduz Britney Spirs Kaliforniya ştatında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, hadisə martın 4-də baş verib. Gecə saat 21:30 radələrində müğənninin idarə etdiyi avtomobil yol patrulu tərəfindən saxlanılıb. Daha sonra Spirs Ventura dairəsi Şerif İdarəsinə aparılıb və onunla bağlı prosedurlar gecə saat 03:00-a qədər davam edib.
Bildirilir ki, pop ulduz səhər saat 06:00-da sərbəst buraxılıb. Bundan sonra isə qanında spirt miqdarının müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçmək məqsədilə xəstəxanaya aparılıb.
Müğənninin nümayəndəsi Kate Hudson məsələ ilə bağlı açıqlama verərək bildirib ki, baş verən hadisə xoşagəlməz və qəbuledilməzdir. Onun sözlərinə görə, Britni Spirs qanunlara tam şəkildə riayət etməyə hazırdır və ümid edilir ki, bu hadisə müğənninin həyatında müsbət dəyişikliklərə səbəb olacaq.
Qeyd edək ki, məşhur ifaçı ötən ilin sentyabr ayında da sükan arxasına sərxoş vəziyyətdə keçməsi ilə gündəmə gəlmişdi.
Hüseyn
Milli.Az