Məşhur müğənni sakinlərin "nisəyə dəftəri"ndəki borclarını BAĞLADI - VİDEO

6 Mart 2026 11:45

Türkiyəli məşhur müğənni Çelik Ramazan ayında etdiyi xeyriyyə aksiyası ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi Türkiyənin Hatay və İsgenderun şəhərində yaşayan insanlara dəstək olub.

Məlumata görə, o, sakinlərin mağaza borclarını ödəyərək insanların yükünü yüngülləşdirib. Bu addım sosial şəbəkələrdə də geniş maraq doğurub.

Müğənni bildirib ki, insanların çətin günlərində onlara kiçik də olsa dəstək olmaq onun üçün böyük mənəvi dəyər daşıyır.

Qeyd edək ki, sənətçinin bu addımı sosial mediada müsbət qarşılanıb və bir çox istifadəçi onun xeyriyyəçilik təşəbbüsünü nümunəvi davranış kimi qiymətləndirib.

Musa
Milli.Az