Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxundu

5 Mart 2026 19:47

Yekaterinburqda Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və bir qrup həmyerlimiz barəsində məhkəmə hökmü oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə keçmiş diaspor rəhbəri Şahin Şıxlinski ilk 4 ilini həbsxanada keçirməklə cəmi 22 il azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslərdən Akif Səfərov 21 il, Ayaz Səfərov 20 il, Kamal Səfərov 14 il, Şücayəddin Rəcəbov 14 il, Məzahir Səfərov 13 il, Bəkir Səfərov isə 10 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Milli.Az