Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək üçün 4 "Typhoon" qırıcısını regiona göndərəcək.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib.
"Bu təyyarələr Qətərdə və regionda müdafiə əməliyyatlarına qatılacaq", - Starmer qeyd edib.
Baş nazir, həmçinin "HMS Dragon" hərbi gəmisi, dron əleyhinə mübarizə apara bilən helikopterlərin və digər hərbi qüvvələrin bölgəyə göndərildiyini bildirib və bunun Britaniya vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi güddüyünü vurğulayıb.
O, ABŞ-a Britaniya bazalarından İrana qarşı istifadə etməyə icazə verdiklərini də bildirib.
Baş nazir qeyd edib ki, regionda minlərlə britaniyalı öz mövcudluğunu qeyd edib və onlara lazımi məlumat, dəstək verilməsi üçün sürətli hərəkət ediləcək.
O, İranın neft-qaz obyektlərinə, tankerlərə hücum etdiyini söyləyərək, bunun dünya üzrə təhlükə yaratdığını bildirib və müttəfiqlərlə birgə bu təhdidə cavab vermək üçün fəaliyyət göstərəcəklərini qeyd edib. (APA)
Milli.Az