Erməni bloqer Rusiyada həbs edildi

5 Mart 2026 16:56

Rusiya məhkəməsi erməni əsilli bloger Arsen Markaryanı 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az xəbər verir ki, Markaryan Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham olunaraq 4 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

İttiham tərəfinin iddiasına görə, o, 2025-ci ildə nasist ideologiyasını haqlı çıxarıb və videolarında Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosov haqqında təhqiramiz ifadələr işlədib.

Milli.Az