Qətər İranın Naxçıvana dron hücumunu PİSLƏDİ

5 Mart 2026 15:08

"Qətər İranın Naxçıvana PUA hücumlarını qətiyyətlə pisləyir".

Milli.Az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Qətər dövləti İranın Türkiyəyə ballistik raket zərbələri endirmək cəhdini və Azərbaycanın hava limanına edilən zərbələri qətiyyətlə pisləyir.

Bu düşmən hərəkətləri təhlükəli eskalasiyanı və İranın bir sıra ehtiyatsız hücumlarında dövlət suverenliyinin kobud şəkildə pozulmasını, eləcə də regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid təşkil edir.

İranın qonşu ölkələrlə münasibətlərdə yeni cəbhələr açmağa davam etməsi və gərginləşmə dairəsini genişləndirməsi son dərəcə təhlükəlidir və regionun təhlükəsizliyinə və sabitliyinə xələl gətirən bu məsuliyyətsiz siyasətə dərhal son qoyulmasını, yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinə riayət etməklə region xalqlarının maraqlarının prioritetləşdirilməsini tələb edirik", - deyə Qətər XİN-dən bildirilib.

Nazirlik bəyan edib ki, Qətər dövləti Türkiyə və Azərbaycanın təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün atılacaq bütün addımları dəstəkləyir.

Milli.Az