İranın Naxçıvana dron hücumu nəticəsində yaralananların sayı ARTDI - YENİLƏNİB

5 Mart 2026 14:19

İranın dron hücumu nəticəsində Naxçıvan Muxtar Respublikası Xəstəxanasının təcili tibbi yardım şöbəsinə dörd nəfər müraciət edib.

Milli.Az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Sahib Abuzərov jurnalistlərə açıqlamasında deyib.

"Müraciət edən şəxslərin vəziyyətləri stabildir, ilkin müayinələri olunub. Xəsarət alanlardan iki nəfər barotravma, digər ikisi isə kürək nahiyəsinin küt travması ilə xəstəxanaya daxil olub. Hər birinin müalicəsi davam etdirilir".

14:19

xxx

Xəbər verdiyimiz kimi, İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb. 

Milli.Az-ın əldə etdiyi məlumata görə, onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onların vəziyyətləri stabildir.

Aysel
Milli.Az