Naxçıvanda bu məktəb və institut BOŞALDILDI - ÖZƏL

5 Mart 2026 12:50

Xəbər verdiyimiz kimi, İran Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu edib.

Milli.Az-ın əldə etdiyi məlumata əsasən, Naxçıvan Beynəlxalq Kembric Məktəbi və Naxçıvan Müəllimlər İnstitutu boşaldılıb. Yaxınlıqda olan bəzi bağçaların da təxliyə olunduğu bildirilir. 

Qeyd edək ki, İran Naxçıvana dronla zərbələr endirib. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. 

Aysel Əkbər
Milli.Az